Az öncə Saşa Yunisoğlunun "Simurq"a keçəcəyi ilə bağlı verdiyimiz xəbəri futbolçu özü də təsdiqləyib.
Korner.az-a açıqlamasında təcrübəli müdafiəçi təkliflər arasında "Simurq"a keçmək variantının daha real olduğunu bildirərək, yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcəyini deyib:
"İnşallah, yaxın bir-iki günə yeni klubumun adını biləcəksiz. Yerli klublardan və Türkiyə PTT birinci liqasında çıxış edən bir klubdan təklif almışam. Ancaq ailəmə görə xaricə gedə bilmərəm. Bu səbəbdən yerli klubların təkliflərini dəyərləndirirəm. Bu təkliflər arasında "Simurq" daha realdı".