"Xəzər Lənkəran"ın yeni baş məşqçisinin kimliyi artıq müəyyənləşib.
Korner.az-ın əldə etdiyi məlumata görə, Lənkəran təmsilçisi uelsli Con Benjamin Toşakla anlaşıb.
Bununla bağlı bir neçə saatdan sonra klub tərəfindən rəsmi açıqlama yayılacağı gözlənilir.
Qeyd edək ki, 64 yaşlı Toşak məşqçiliyə İngiltərədə başlayıb. 1978-ci ildə o, “Svansi Siti”yə baş məşqçi təyin edilib. Toşak karyerası ərzində Portuqaliya (“Sportinq” Lissabon ), İspaniya (“Real Sosyedad”, “Deportivo”, “Real” Madrid, “Real” Mursiya), Fransa (“Sent Etyen”), İtaliya ("Katanya") və Türkiyə ("Beşiktaş") klublarını çalışdırıb. Milli komanda səviyyəsində də təcrübəsi olan Con Benjamin öz ölkəsinin yığması ilə yanaşı, Makedoniya seçməsini çalışdırıb. Onun sonuncu iş yeri Makedoniya millisi olub.
Uğurlarına gəlincə, Toşak baş məşqçi kimi "Real Sosyedad"la İspaniya kubokunu (1986-1987), Madrid "Real"ı ilə çempionluq (1989-1990), "Deportivo" ilə İspaniya Superkubokunu (1995) və "Beşiktaş"la Türkiyə kubokunu (1997-1998) qazanıb.