Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında yenidən yaradılan "Araz" klubunun baş məşqçisi Əsgər Abdullayev olacaq.
Artıq Ə.Abdullayev Korner.az-ın xəbərini təsdiqləyib. Təcrübəli mütəxəssis saytımıza bildirib ki, yaxın günlərdə müqavilənin müddəti haqda mətbuata rəsmi açıqlama veriləcək..
"Bəli, "Araz"a başçılıq edəcəm. Ancaq müqavilənin müddəti haqda yaxın günlərdə rəsmi açıqlama veriləcək. Hər şey tam dəqiqləşdikdən sonra bu barədə hər kəs biləcək. Onu deyim ki, iddialı bir klub yaradılır".