“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub.
28 yaşlı müdafiəçi çarpaz bağları qırıldığı üçün bıçaq altına yatıb. Onun əməliyyatının uğurlu keçdiyi bildirilib. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi gözlənilir.
Erik Yohansson ötən ildən “Kopenhagen”in şərifini qoruyur.