Futbol

“Kopenhagen” – “Qarabağ” oyununda ispan hakimlər

21.08.2017 , 10:12

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Kopenhagen” – “Qarabağ” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçı İspaniya Futbol Federasiyasından Alberto Undiano Malyenko idarə edəcək. Ona Roberto Alonso və Raul Kabanero köməklik edəcək. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilla yerinə yetirəcək.

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Son yazılar

Yuxarı