“Konyaspor”un yeni baş məşqçisi məlum oldu
06.02.2026 , 12:21
Türkiyənin Konyaspor klubu yeni baş məşqçisini açıqlayıb.
Korner.az xəbər verir ki, Superliqa təmsilçisinin sükanı İlhan Paluta tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 49 yaşlı mütəxəssislə bu gün müqavilə imzalanacağı bildirilib.
Palut, bu vəzifədə Çağdaş Atanı əvəzləyəcək.