“Konyaspor”da yeni baş məşqçi
10.02.2021 , 18:51

“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra İlhan Palut çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
İlhan Palut bu postda istefaya göndərilən İsmail Kartalı əvəzləyib.
