“Konyaspor” müdafiəçisi ilə yolları ayırdı
08.01.2021 , 20:35

“Konyaspor” müdafiəçisi Uğur Demirokla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Futbolçu 2018/2019 mövsümündən “Konyaspor”da çıxış edirdi.
