Avropa liqası

Könüllü Proqramına qeydiyyatda rekord göstərici

06.05.2019 , 14:35

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb.

AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.
Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edib.
Qeyd edək ki, proqrama qoşulan könüllülər üçün ümumi təlimlərə artıq start verilib. Təlimlər 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Sankt-Peterburq şəhərindəki “Zenit Arena”da fəaliyyət göstərən təlimçilər tərəfindən aparılır. Hər gün saat 10:00-dan 19:00-dək davam edən təlimlərə mayın 3-də yekun vurulub.
Məlumat üçün bildirək ki, Könüllülər Proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Son yazılar

Yuxarı