Könül Mehtiyeva beynəlxalq oyuna təyinat aldı
07.11.2020 , 17:02

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 15-də, İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək Türkiyə – Rusiya qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.
