Könül Mehtiyeva Qazaxıstan – Rusiya oyununda
23.03.2019 , 15:45

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, “Avro-2020”-nin seçmə mərhələsi çərçivəsində martın 24-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Rusiya oyununun UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.
