Dünən İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” səfərdə “Vest Bromviç”i 1-0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, oyundan sonra “zadəganlar”ın baş məşqçisi Antonio Konte çempionluqla bağlı açıqlama verib:
“Şanslı deyildik, lakin mükəmməl bir iş çıxardıq. Möhtəşəm bir mövsüm keçirdik. İndi İngiltərə kubokunu qazana bilərik”.
Çempionluğu birlikdə qazandıqlarını deyən təcrübəli mütəxəssis: “Hər matçda sanki oyunçularımla birlikdə oynayırdım. Ehtirasımı, istəyimi hər oyunda göstərirdim. Mən beləyəm və keçmişdə də belə idim. Yaxşı və pis vəziyyətlərdə həmişə futbolçularımın yanında olmuşam. Bu çempionluğu birlikdə qazandıq”.
