İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” həftəsonu qarşılaşacaqları “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçi tərifləyib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Zlatanın indiyənədək belə yaxşı çıxış etmədiyini deyib:
“Mən bunu həmişə deyirəm, Zlatan karyerasının zirvəsindədir. Çox yaxşı və yüksək səviyyəli oyunçudu. O sadəcə hücumçu deyil, komandaya çox böyük xeyir verən bir futbolçudu”. İbrahimoviç Dünyanın ən yaxşı oyunçularından biridi. Belə futbolçulara sahib olmaq çox gözəldi, çünki komandaya xeyir verir. Top onda olanda təhlükəli olur. O, çox təhlükəli hücumçudu”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində baş tutacaq “Mançester Yunayted” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
