“Çelsi”nin baş məşqçisi Antonio Konte növbəti dəfə İngiltərədə ayın məşqçisi seçilib.
Korner.az-ın məlumatına görə, italyalı mütəxəssis dekabr ayının ən güclü baş məşqçisi elan edilib.
Ötən ayda Konte “Tottenhem” və “Mançester Siti” də daxil olmaqla 6 oyun keçirib. “Zadəganlar” bunların hamısında qalib gəlib. 47 yaşlı mütəxəssis ardıcıl üçüncü dəfə ayın məşqçisi seçilməklə yeni rekorda imza atıb
Hazırda paytaxt klubu 49 xalla turnir cədvəlində liderdi.
