Konte yenidən futbola qayıdır
19.04.2019 , 17:15

İtaliyalı futbol mütəxəssisi Antonio Konte yenidən məşqçilik etməyə başlayacaq.
Bu barədə Kontenin özü danışıb. Sonuncu klubu “Çelsi” olan italiyalı çalışdırıcı yeni mövsümdən mütləq şəkildə klublardan birinin baş məşqçisi olacağını deyib.
“Yeni mövsümdən baş məşqçilik karyerama qayıdıram. Artıq məni klub məşqçisi olaraq görəcəksiniz. Layihəsi mənə uyğun olan klubu çalışdıracam.”
Qeyd edək ki, Antonio Konte indiyə qədər “Yuventus” və “Çelsi” kimi klublara baş məşqçilik edib.
