Londonun “Çelsi” klubunun futbolçusu Alvaro Morata Zidan və Konte haqda danışıb. Futbolçu sabiq baş məşqçisi ilə hazırki müəllimni müqayisə edib.
As nəşrinə danışan oyunçu hər iki məşqçinin ünvanına xoş sözlər deyib. Hücumçunun sözlərinə görə mütəxəssislərin ikisi də qalib gəlməyi sevir:
“Həm Zidan, həm də Konte yalnız qələbə mentaliteti ilə yaşayırlar. Konte taktikaya daha çox vaxt ayırır və komandanın necə oynaması ilə maraqlanır. O qələbə ehtiraslı adamdır. Zidana gəlincə, o da qalib gələn məşqçidir. İkisinin də ayrı tərzi var”
