İtaliya millisinin baş məşqçisi Antonio Konte yayda Fransada təşkil olunacaq Avropa çempionatından sonra “Çelsi”ni çalışdıra bilər.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Daily Mail” qəzeti yazıb.
46 yaşlı mütəxəssis London klubunun baş məşqçi postuna əsas namizəddi.
Məlumata görə, “Çelsi” rəhbərliyi ilə Konte arasında ilkin danışıqlar baş tutub. Bu danışıqlar may ayında davam etdiriləcək.
Premyer Liqa təmsilçisinin siyahısında daha 2 namizəd var: Maurisio Poçettino (“Tottenhem”) və Massimiliano Alleqri (“Yuventus”).
