Konte İtaliyaya qayıdır – “Roma”dan təklif
11.12.2018 , 10:08

“Çelsi”nin sabiq baş məşqçisi Antonio Konte yenidən İtaliyada çalışa bilər. Onunla “Roma” yaxından maraqlanır.
Paytaxt klubunun rəhbərliyi hazırkı baş məşqçi Eusebio Di Françesko ilə yollarını ayırmaq istəyir. Klubun idman direkotru Françesko Tottinin İtaliya yığmasında birgə çıxış etdiyi həmyerlisi ilə danışıq apardığı bildirilir.
Qeyd edək ki, Antonio Konte Çelsi”dən ötən mövsümün sonunda göndərilib. 49 yaşlı məşqçi İtaliyada “Yuventus”, “Atalanta” “Siena” kimi klublarda da çalışıb.
