AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan İtaliya yığması rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, 4 qat dünya çempionları son 27 ildə ilk dəfə yeni baş məşqçisinin startına 4 qələbə ilə töhfə verib.
Belə ki, “Skuadra Adzurra” Antonio Kontenin bu posta təyinatından sonra keçirdiyi 4 matçda ardıcıl qələbələr qazanıb. İtaliyalılar son dəfə 1987-ci ildə belə nailiyyət əldə etmişdi. Onda Adzello Viçini debütdə 4 qələbəyə sevinmişdi.
