Futbol üzrə İtaliya millisinin baş məşqçisi Antonio Konte istefa verə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər italiyan mətbuatını zəbt edib. Təcrübəli mütəxəssis tutduğu vəzifədən getməklə əlaqədar ölkəsinin futbol federasiyasının rəhbərliyinə müraciət edib.
Kontenin belə bir fikrə düşməsinə klublarla federasiya arasında fikir ayrılığı səbəb olub. O qeyd edib ki, “Yuventus” və “Roma”nın İtaliya millisinin fevralda keçiriləcək təlim-məşq toplanışına futbolçularını buraxmamaq qərarı Kontenin narazılığı ilə qarşılanıb. O, klublar tərəfindən belə bir addımın millinin çıxışına mənfi təsir edəcəyini qənaətinə gəlib.
Xatırladaq ki, Antonio Kontenin rəhbərlik etdiyi İtaliya millisi “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda Azərbaycan yığmasının rəqibidi.
