Konte gedir, o gəlir
21.05.2025 , 12:58

“Napoli” baş məşqçisi Antonio Konte ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
A seriyası təmsilçisi onu Massimiliano Alleqri ilə əvəzləməyi düşünür.
Tərəflər arasında ilkin danışıqların baş tutacağı gözlənilir.
Xatırladaq ki, Alleqri 2024-cü ilin mayından işsizdir.
