İngiltərə Premyer Liqasında mübarizə “Çelsi”nin baş məşqçisi Antonio Konte çempionluq şanslarının 50 faiz olduğunu açıqlayıb.
Korner.az-ın məlumatına görə, İngiltərə mətbuatına danışan təcrübəli mütəxəssis:
“Çempionluq şansımız 50 faizdi. Böyük və səbrin lazım olduğu bir mübarizə olacaq. Son oyunlarımızda istəkli olmaq məcburiyyətindəyik”.
Üzərilərindəki təzyiqin normal olduğunu və hədəfsiz qalmaq yerinə çempionluq mübarizəsi aparmağı üstün tutduğunu bildirən italyan baş məşqçi: “Çempionluq uğrunda yarış asan olmayacaq. “Tottenhem” hal-hazırda liqanın ən yaxşı və formada olan komandasıdı. Tarix yazmaq üçün ələ düşən bütün fürsətləri dəyərləndirməyə çalışacaqlar”.
Xatırladaq ki, sona 6 tur qalmış turnir cədvəlinin vahid lideri olan “Çelsi”nin ən yaxın izləyicisi “Tottenhem”lə arasında 4 xallıq bir fərq var.
