“Çelsi”nin baş məşqçisi Antonio Konte istefaya göndəriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib
O, bu məsələ ilə bağlı klubdan dəstək gözlədiyini söyləyib: “Bu iddialara son qoymaq üçün klubumun məsələ ilə bağlı açıqlama verməsi yaxşı olardı”.
A.Konte müqaviləsinin müddəti başa çatana kimi London təmsilçisində qalmaq istədiyini söyləyib.
Qeyd edək ki, A.Kontenin “Çelsi” ilə müqaviləsi 2019-cu ilin iyunu başa çatır.
