“Çelsi”nin baş məşqçisi Antonio Konte komandanın məşqçi heyətində dəyişiklik etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə “The Times” nəşri yazır.
Mənbənin verdiyi məlumata görə, Kontenin hazırki köməkçisi Stiv Holland İngilitərə millisinə yollanacaq. Buna görə də, italyan mütəxəssis həmyerlilərindən birini komandaya gətirmək istəyir.
