Konte bu kluba baş məşqçi təyin olundu
31.05.2019 , 11:02

İtaliyanın “İnter” futbol komandasına yeni baş məşqçi təyin olunub.
Antonio Konte ilə 3 illik müqavilə bağlanılıb. 49 yaşlı mütəxəssis yeni vəzifədə Luçano Spalettini əvəzləyib.
Qeyd edək ki, Antonio Konte əvvəllər “Yuventus”, İtaliya milli komandası və İngiltərənin “Çelsi” komandalarının baş məşqçisi kimi çalışıb. “İnter” 2018-2019 mövsümündə A Seriyasını 69 xalla 4-cü yerdə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb. (report.az)
