“Çelsi”nin baş məşqçisi Antonio Konte “Real”ın futbolçusu Qəret Beyli transfer etmək istəyir. Bu barədə Sky Sports nəşri yazır.
Beyl “Real”a yollarını ayırmaq istəyir. Buna görə də, uelsli futbolçu ilə ingilis klubları maraqlanır. “Tottenhem” və “Mançester Yunayted”dən başqa “Çelsi” də mübarizəyə qoşulub.
28 yaşlı futbolçu 2013-cü ildə “Tottenhem”dən “Real”a transfer olunub. Komandada IV mövsümünü keçirən Beyl bu müddət ərzində 105 oyuna çıxıb və rəqib qapıçıları 57 dəfə məyus edib.
