İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Mario Balotellini “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları yığmamızla oyuna çağırmamasının səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunu “Liverpul”un hücumçusunun hazırda istənilən formada olmaması ilə izah edib:
“Balotelli İngiltərədə yeni macəraya başladı. “Liverpul”a uyğunlaşması üçün zamana ehtiyacı olduğunu düşünürəm. Onu yaxından izləyirik. Ayrı-seçkilik etmədim. Sadəcə seçimim belə oldu. Qraziano Pelleyə gəldikdə isə o, son iki mövsümdə 50 qol vurmaqla millidə oynamağa haqq qazandı. Onun Hollandiya çempionatından sonra İngiltərə Premyer Liqasında da ulduzu parlayır”.
