Konqo millisinin üzvü “Səbail”də – RƏSMİ
12.02.2020 , 19:22

“Səbail” Konqo millisinin üzvü Lema Mabidi Çikitonu heyətinə qatıb.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.
L.M.Çikitonun son klubu Mərakeş “Raca Kasablanka”sı olub.
2012-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb.
