Transfer çalışmalarını davam etdirən Bakının “İnter” klubu daha bir futbolçuyla müqavilə bağlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" Konqo millisinin oyunçusu Brüs Abdulaye ilə müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin son klubu Fransa “Mets”i olub. Brüs karyerası ərzində Fransanın “Qrenobl", “Senart-Moissi” və "Klermon", İsveçrənin “Lozanna” klublarının formasını geyinib.
Qeyd edək ki, futbolçu ilə bir illik müqavilə bağlanılıb.