Konor Makqreqordan 1 milyon avroluq dəstək
26.03.2020 , 16:21

İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor xeyirxah addım atıb.
Korner.az xəbər verir ki, o, koronavirus pandemiyasıyla mübarizəyə dəstək olub.
Konor İrlandiyanın Lenster bölgəsindəki xəstəxanalar üçün 1 milyon avroluq qoruyucu vasitələr alıb.
