“Vest Hem”dən qələbə, “Fiorentina” məğlub oldu
12.05.2023 , 01:00

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, İtaliyada “Fiorentina” İsveçrə “Bazel”ini qəbul edib və 1:2 hesabı ilə uduzub. Niderlandın “AZ Alkmaar”ı isə İngiltərədə “Vest Hem”in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
Konfrans Liqası, yarımfinal, ilk oyunlar
11 may
23:00. “Fiorentina” (İtaliya) – “Bazel” (İsveçrə) – 1:2
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, “Artemio Franki” stadionu
23:00. “Vest Hem” (İngiltərə) – “AZ Alkmaar” (Niderland) – 2:1
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, “London” stadionu
