Konfrans Liqasında pley-off mərhələsinin püşkü atıldı
20.12.2024 , 16:44
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçirilib.
Tədbirdə pley-offa yüksələn 16 komandanın rəqibləri məlum olub:
“Gent” (Belçika) – “Betis” (İspaniya)
“Sele” (Sloveniya) – APOEL (Kipr)
“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)
“Omoniya” (Kipr) – “Pafos” (Kipr)
TSK (Serbiya) – “Yagelloniya” (Polşa)
“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)
“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)
“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)
Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.