Konfrans Liqasında mövsümün ən yaxşısı
08.06.2023 , 20:20

UEFA Konfrans Liqasında 2022-2023 mövsümünün ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Vest Hem”in kapitanı Deklan Raysdır.
O, bu mövsüm Konfrans Liqasında 1 qol vurub və bir qolun ötürməsini edib.
“Vest Hem” turnirin final görüşündə “Fiorentina”ya qalib gələrək (2:1) kuboka sahib olub.
