Konfrans Liqasında həftənin ən yaxşısı kim olacaq?
10.11.2023 , 11:50

UEFA-nın rəsmi saytında azarkeşlər Konfrans Liqasında həftənin ən yaxşı futbolçusunu seçə bilər.
Korner.az-ın məlumatına görə, seçim səsvermə yolu ilə həyata keçirilir.
Beləliklə, Ceyson Svanthorsson (“Breydablik”, İslandiya), Dor Perets (“Makkabi”, Təl-Əviv, İsrail), Faris Mumbaqna (“Bodo Qlimt”, Norveç), Gift Orbandan (“Gent”, Belçika) biri həftənin ən yaxşısı adına layiq görüləcək.
