Konfrans Liqasında həftənin ən yaxşısı kim olacaq?
14.04.2023 , 15:02

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Nitsa”dan Terem Moffi, “Gent”dən Alessio Kastro-Montes, “Bazel”dən Zeki Amduni və “Fiorentina”dan Nikola Milenkoviç yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.
