Konfrans Liqasında həftənin ən yaxşısı
20.05.2023 , 11:40

UEFA Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Fiorentina”nın yarımmüdafiəçisi Nikolas Qonsalesdir.
O, səsvermədə namizədlər arasından komanda yoldaşı Kristiano Biraqi, Deklan Rays (“Vest Hem”) və Ticani Reyndersi (“AZ Alkmaar”) qabaqlayıb.
