Konfrans Liqasında həftənin ən yaxşısı
13.05.2023 , 14:47
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Vest Hem”in oyunçusu Səid Benrahmadır.
O, namizədlər arasından Deklan Raysı, İtaliya “Fiorentina”sından Kristiano Biraqini və İsveçrə “Bazel”indən isə Andi Diufu qabaqlayıb.