Konfrans Liqasında 6 oyun keçiriləcək
31.07.2024 , 14:10

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün daha 6 matç baş tutacaq.
Azərbaycan təmsilçisi “Sumqayıt” “Fehervar”la bu dəfə səfərdə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
19:00. “Auda” (Latviya) – “Kliftonnvill” (Şimali İrlandiya)
İlk oyun – 2:1
21:00. “Haken” (İsveç) – “Düdelanj” (Lüksemburq)
İlk oyun – 6:2
21:00. “Fehervar” (Macarıstan) – “Sumqayıt” (Azərbaycan)
İlk oyun – 2:1
22:30. “Avstriya” (Avstriya) – “İlves” (Finlandiya)
İlk oyun – 1:2
22:30. “Spartak” (Slovakiya) – “Sarayevo” (Bosniya və Herseqovina)
İlk oyun – 0:0
22:45. “Mornar” (Monteneqro) – “Radniçki” (Serbiya)
İlk oyun – 0:1
