Konfrans Liqasında ən yaxşı kim olacaq? – Namizədlər
21.04.2023 , 12:38

Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, namizədlər arasında “Lex”dən Yesper Karlström, “Vest Hem”dən Maykl Antonio, “Alkmaar”dan Vangelis Pavlidis və “Bazel”dən Auqustin yer alıb.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində məlum olacaq.
