Konfrans Liqası: “Qarabağ”ın rəqibi məlum oldu
07.11.2022 , 17:20

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Püşkdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.
Səpələnməmişlər səbətində olan “atlılar” bu raundda Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
