Bu gün Konfederasiyalar Kuboku-2017-nin embleminin təqdimatı olub.
Korner.az-ın məlumatına görə, Rusiyada təşkil olunacaq kubok gələn ilin 17 iyun-2 iyul tarixlərində keçiriləcək.
Oyunların Moskva, Soçi və Sankt-Peterbuq şəhərlərində keçirilməsi planlaşdırılır.
FIFA-nın bayrağı altında keçirilən Konfederasiyalar Kuboku 4 ildə bir dəfə təşkil olunur. Kubokun qalibi uğrunda 8 komanda – ev sahibi, sonuncu qalib, qitələrin ən güclü 6 yığması iştirak edir. Növbəti kubok yarışının 5 iştirakçısı artıq bəllidir: Rusiya, Almaniya, Avstraliya, Çili və Meksika.
