FİFA-nın İcraiyyə Komitəsi 2017-ci ildə Rusiyada təşkil olunacaq Konfederasiya kubokunun keçiriləcəyi tarixi açıqlayıb. Turnir 17 iyun -2 iyul intervalında keçiriləcək.
Korner.az–ın məlumatına görə, Konfederasiyalar kuboku Rusiyanın 4 şəhərində : Moskva, Sankt-Peterburq, Soçi və Kazanda təşkil ediləcək. Artıq turnirdə mübarizə aparacaq 2 milli komanda məlumdur. Bunlar meydan sahibi Rusiya və 2014 Mundialının qalibi Almaniya milli komandalarıdır.
Bu arada 2018 Rusiya mundialı ilə bağlı xəbər də yayılıb. Belə ki, 2018 dünya çempionatına vəsiqə qazanan hər milli büdcəsini 300 min avro ilə zənginləşdirəcək.
