Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir.
Korner.az-ın məlumatına görə, A qrupunda İtaliya millisi Meksika ilə qarşılaşıb. Azarkeşlərin 3 qol izlədiyi matçda son Avropa çempionatının finalçısı qələbə qazanıb.
B qrupunda isə Avropa çempionu İspaniya Cənubi Amerikanın ən güclüsü Uruqvayla üz-üzə gəlib. Bu görüşdə də qapılara üç qol vurulub. Pedro və Soldadonun qollarına Uruqvay Suareslə sona iki dəqiqə qalmış cavab verib.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
16 iyun
A qrupu
İtaliya – Meksika – 2:1
QOLLAR: Pirlo, 27, Balotelli, 78 – Hernandes, 34-pen
İtaliya: Buffon, Abate, Barsali, Kellini, De Şilo, De Rossi, Pirlo, Montolivo, Cakkerini, Markizio, Balotelli
Meksika: Korona, Flores, Rodriqes, Moreno, Salsido, Torrado, Savala, Akino, Quardado, Xavyer Hernandes, Do Santos
B qrupu
İspaniya – Uruqvay – 2:1
QOLLAR: Pedro, 20, Soldado, 32 – Suares, 88