İyunun 15-də Braziliyada futbol üzrə Konfederasiyalar Kuboku start götürəcək.
Korner.az-ın məlumatına görə, turinrdə 8 komanda mübarizə aparacaq. Həmin komandalar 2 qrupa bölünəcək. A qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya yığmaları yer alacaq. B qrupuna isə İspaniya, Uruqvay, Taiti və Nigeriya düşüb.
Final matçı Bakı vaxtı ilə iyulun 2-ə keçən gecə saat 3-də Rio-de-Janeyrodakı yenidən təmin olunmuş “Marakana” stadionunda baş tutacaq.
15 iyun
A qrupu. 24:00. Braziliya – Yaponiya
16 iyun
A qrupu. 24:00. Meksika – İtaliya
17 iyun
B qrupu. 03:00. İspaniya – Uruqvay. 24:00. Taiti – Nigeriya
19 iyun
A qrupu. 24:00. Braziliya – Meksika
20 iyun
A qrupu. 03:00. İtaliya – Yaponiya
B qrupu. 24:00. İspaniya – Taiti
21 iyun
B qrupu. 03:00. Nigeriya – Uruqvay
22 iyun
A qrupu. 24:00. İtaliya – Braziliya. Yaponiya – Meksika
23 iyun
B qrupu. 24:00. Nigeriya – İspaniya. 24:00. Uruqvay – Taiti
26 iyun
I yarımfinal. 24:00. A qrupunun qalibi – B qrupunun 2-cisi
27 iyun
II yarımfinal. 24:00. B qrupunun qalibi – A qrupunun 2-cisi
30 iyun
3-cü yer uğrunda oyun. 21:00. I yarımfinalın məğlubu – II yarımfinalın məğlubu
1 iyul
Final. 03:00. I yarımfinalın qalibi – II yarımfinalın qalibi.