Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Vensan Kompaninin nə qədər müddət yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu barədə millinin fizioterapevti Liven Massxalk məlumat verib. O, V.Kompaninin 4 ay oynamayacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl V.Kompanin özü “Avro-2016″da iştirak etməyəcəyini açıqlamışdı.
