Beynəlxalq Olimpiya komitəsi (İOC) 3 rus idmançını idmandan ömürlük olaraq uzaqlaşdırıb
Bunun səbəbi oyunçularda dopingin aşkar edilməsi olub.
2014 Soçi Qış Olimpiyadasında Xizək qaçışı idman növündə yarışan Yulia Chekaleva, Anastasia Dotsenko və Biatlon(xizəkli qaçış və tüfəngli atış) kateqoriyasında yarışan Olga Zaytseva doping qəbul etdiklərinə görə idmandan uzaqlaşdırılıblar. Soçi 2014-də Chekaleva və Dotsenko qatıldıqları yarışda heç bir dərəcədə əldə edə bilməsələr də, Zaytseva gümüş medal qazanmışdı.
Qeyd edək ki, Komitə daha 36 idmançının doping nümunələrini analiz edib və 1 ay içərisində 25 rus idmançıya müvafiq cəzalar tətbiq edilib.
