Son günlər Azərbaycan mətbuatında ən çox müzakirə olunan məsələlərdən olan “Araz”a birinci divizionda oynamaq üçün lisenziya veriləcəkmi?” sualına artıq aydınlıq gətirilib.
Korner.az-ın məlumatına görə, artıq kluba lisenziya verilib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi I divizionda oynamaq iddiasını ortaya qoyanda digər aşağı dəstə klublarımızın bəziləri maddi çətinliklərini əsas gətirərək Naxçıvana səfər oyunlarına gedə bilməyəcəklərini demiş və AFFA-nın bəzi məmurlarının bu istiqamətdə problem yaratmaq məqsədilə “Araz”a lisenziya vermək fikrində olmadığı iddia olunurdu.
