İtaliya millisinin DÇ-2018-in final mərhələsində çıxış edə bilməməsinin əks-sədaları davam edir
Bu fiasko ölkə iqtisadiyyatına da mənfi təsir edib. İtaliya Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraronun açıqlamalarına görə, ölkə iqtisadiyyatı bu uğursuzluğa görə 1 milyard dollar ziyana düşüb.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin pley-offunda İsveçlə qarşılaşan İtaliya millisi (0:1, 0:0) 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.
