Brazilya liqasında çıxış edən "İnternasional" klubunun üzvü Yaya komandadan qovulub.
Korner.az-ın məlumatına görə, "Trabzonspor"un sabiq futbolçusunun komandadan qovulmasına səbəb isə çəkdirdiyi şəkillər olub. Daha dəqiq desək Brazilya çempionatında "Fluminensə"yə məğlub olduqdan sonra dostları ilə birlikdə əylənməyə yollanan Yaya spirtli içki içdiyi yerdə pozalar verib. Futbolçuya pul cəzasının veriləcəyi isə istisnadır.
Qeyd edək ki, futbolçu oyun bitdikdən sonra klubun şəxsi avtobusuna da minməyərək bir başa yığıncağa yollanıb.