Komandanın tarixi sənədləri satışa çıxarılıb
24.07.2018 , 16:37

“Trabzonspor” klubunun tarixi sənədləri internetdə satışa çıxarılıb
Klubun yaradılması ilə bağlı yazılı qərarında içərisində olduğu bu sənədlər www.atamuzayede.com saytında satışa çıxarılıb. Qiyməti 95.000 dollar olaraq təyin edilən sənədlərin satışı sosial şəbəkədə də elan olunub. Lakin klub rəhbərlərinin yaydığı bəyanata görə, bu sənədlər bir qrup şəxs tərəfindən oğurlanıb. Hazırda məsələ ilə bağlı istintaq başlanılıb.
Qeyd edək ki, ilk dəfə Türkiyə kubokunu İstanbuldan kənara aparan “Trabzonspor” 1967-ci il 2 avqust tarixində qurulub. İlk prezidenti Ali Osman Ulusoy olan komanda 6 dəfə Türkiyə kubokunun sahibi olub.
